Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Kanada ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlıq barədə açıqlama verib.

Anand bildirib ki, Baş nazir Mark Karni ilə birlikdə Ciddəyə həyata keçirilən səfər Kanadanın son 26 ildə Səudiyyə Ərəbistanına baş nazir səviyyəsində ilk səfəri olub.

Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə mədənçilik, infrastruktur, səhiyyə texnologiyaları, təhsil və müdafiə sektorlarında ümumi dəyəri 1 milyard ABŞ dollarını aşan 13 kommersiya sazişi və anlaşma memorandumu imzalayıb. O qeyd edib ki, bu əməkdaşlıqlar işçilər, şirkətlər və investorlar üçün mühüm faydalar təmin edəcək.

Anand əlavə edib ki, Kanada və Səudiyyə Ərəbistanı enerji, süni intellekt, kritik minerallar və xalqlar arasında əlaqələr sahələrində ikitərəfli əməkdaşlığı da irəli aparıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp