Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın müstəqillik uğrunda mübarizəsi, xalqın fədakarlıqları və ölkənin gələcəyi ilə bağlı açıqlama verib.

Tarixdən gələn mirasa və bu mirasın bugünkü mənasına diqqət çəkən Zelenski deyib: “Əsrlər boyu bu naxışa heyran olmuşuq. Amma indi onu özümüz yaratmağın vaxtıdır – həyatımız, mübarizəmiz və atdığımız hər yeni addım vasitəsilə.”

Ukrayna xalqının cəbhədə və gündəlik həyatda göstərdiyi dirənişi vurğulayan Zelenski bildirib: “Ukraynalılar hər gün bu naxışı öz əlləri ilə toxuyurlar – yaxınlarını qoruyurlar, dağıdılanları yenidən qururlar, yaraları sağaldırlar, uşaqlara öyrədirlər və özləri də öyrənməyə davam edirlər. Biz xatirələrimizi qoruyur və gələcəyi qururuq.”

Zelenski müstəqillik vurğusu ilə açıqlamasını belə tamamlayıb: “Ukraynanın Müstəqillik Günü mübarək! Müstəqilliyimizdə toxuduğumuz taleyi qeyd edirik!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp