Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ tərəfini Dövlət katibi Marko Rubio, ABŞ-ın Müharibə naziri Pit Hegset, ABŞ Prezidentinin komandasından Stiven Vitkoff və Cared Kuşner, generallar Cek Kin və Aleksus Xrinkeviç, eləcə də Ağ Evin baş məsləhətçisi Coş Qruenbaum təmsil edib. NATO baş katibi Mark Rutte də görüşdə iştirak edib.

Zelenski bildirib ki, Ukrayna müharibənin başa çatdırılması, ölkənin təhlükəsizliyinin təmin edilməsi və yeni bir Rusiya işğalının qarşısının alınması üçün müxtəlif səviyyələrdə ABŞ tərəfinin aktiv səylərini yüksək qiymətləndirir.

Təhlükəsizlik zəmanətlərinin bundan sonrakı bütün addımlar üçün ən vacib məsələlərdən biri olduğunu vurğulayan Zelenski xatırladıb: “Budapeşt Memorandumunun mənfi təcrübəsini artıq yaşamışıq. Bunu hamı xatırlayır. Rusiyanın öz öhdəliklərini dəfələrlə pozduğu vaxtları da yaxşı bilirik.”

Zelenski qeyd edib ki, təhlükəsizlik zəmanətləri sənədi, Rusiya Federasiyası yenidən Ukraynaya qarşı təcavüzə başlamağa qərar verəcəyi təqdirdə tərəfdaşların hansı addımları atacağına dair konkret cavablar əks etdirməlidir.

Tərəflər razılaşıblar ki, yaxın gələcəkdə Ukrayna və ABŞ komandaları təhlükəsizlik zəmanətləri ilə bağlı konkret bir anlayışa nail olmaq üçün aktiv şəkildə işləyəcəklər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp