2026 Dünya Süni İntellekt Konfransı uğurla başa çatdı
2026 Dünya Süni İntellekt Konfransı və Süni İntellekt üzrə Qlobal İdarəetmə Yüksək Səviyyəli Toplantısı bu gün Çinin maliyyə mərkəzi Şanxayda keçirilən bağlanış tədbirləri ilə başa çatıb.
2026 Dünya Süni İntellekt Konfransı və Süni İntellekt üzrə Qlobal İdarəetmə Yüksək Səviyyəli Toplantısı bu gün Çinin maliyyə mərkəzi Şanxayda keçirilən bağlanış tədbirləri ilə başa çatıb.
Bildirilib ki, tədbir zamanı texnologiya şirkətlərinin nümayiş etdirdiyi 4 min 486 məhsuldan 351-i ilk dəfə qlobal miqyasda təqdim olunub.
Tədbir çərçivəsində 177 mühüm beynəlxalq satınalma nümayəndə heyəti qəbul edilib. Satınalma yönümlü niyyət razılaşmalarının ümumi dəyərinin ötən illə müqayisədə 25 faiz artaraq 20,36 milyard yuan (təxminən 3 milyard ABŞ dolları) təşkil etdiyi qeyd olunub.
Azərbaycan İnformasiya Agentliyi