Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriya Xarici İşlər Nazirliyi bildirib ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybani Küveytdə Küveytin vəliəhdi Şeyx Sabah Xalid əl-Əhməd əs-Sabah ilə görüşüb.

Görüş zamanı Suriya-Küveyt münasibətlərinin gücləndirilməsi yolları və birgə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Tərəflər hər iki ölkənin ortaq maraqlarına xidmət edəcək əməkdaşlıq sahələrini də qiymətləndiriblər.

Nazir əş-Şeybani və Küveyt vəliəhdi həmçinin bölgədəki son hadisələr barədə fikir mübadiləsi apararaq, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində görülən səyləri nəzərdən keçiriblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp