Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Diaspor naziri Varsen Ağabekian Şahin vəzifə müddəti başa çatan Fransanın Qüdsdəki baş konsulu Nikola Kassianides üçün rəsmi vida mərasimi keçirib.

Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Şahin Kassianidesin Fələstində çalışdığı müddətdə gördüyü işləri yüksək qiymətləndirib.

Nazir xüsusilə səfirin Qüdsə və müqəddəs məkanlara göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

O, həmçinin Fransanın Fələstin dövlətini tanımasını və Fələstin məsələsinə verdiyi dəstəyi məmnunluqla qarşıladığını bildirib.

Kassianides isə Fələstin ilə Fransa arasındakı münasibətlərin səviyyəsindən məmnun olduğunu ifadə edərək, ölkəsinin Fələstinə və Fələstin xalqının çəkdiyi əzabların sona çatdırılmasına yönəlmiş dəstəyinin davam edəcəyini vurğulayıb.

Mərasimdə Avropa Departamentinin direktoru, birinci müşavir Qada Arafat və Protokol Bölməsinin rəhbəri, birinci katib Razan Lftaoui də iştirak ediblər.

Görüşdə həmçinin Nyu-York Bəyannaməsinin icrası, Qəzzaya dəstəyin göstərilməsi və iki ölkə arasında gələcəkdə yüksək səviyyəli səfərlərin təşkili yolu ilə siyasi məsləhətləşmələrin davam etdirilməsi məsələləri müzakirə olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp