Vanq Yi: Çin BMT-nin missiyasını qətiyyətlə dəstəkləyir
Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə daim sadiqdir və BMT-nin missiyasını qətiyyətlə dəstəkləyir.
Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, Pekin Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə daim sadiqdir və BMT-nin missiyasını qətiyyətlə dəstəkləyir.
Eyni zamanda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Vanq Yi bu fikirləri bu gün Pekində Qayananın BMT-dəki daimi nümayəndəsi və BMT Baş katibliyinə namizəd Kerolin Rodriges-Birkett ilə görüşü zamanı səsləndirib.
Vanq Yi bildirib ki, Çin yeni BMT Baş katibinin seçilməsi prosesində məsuliyyətli və konstruktiv şəkildə iştirak edəcək.
Nazir əlavə edib ki, Çin BMT Nizamnaməsini müdafiə edəcək, yüksək peşəkarlıq nümayiş etdirəcək, ədalət və dürüstlüklə hərəkət edəcək və öz vəzifələrini böyük fədakarlıqla yerinə yetirəcək bir baş katibin seçilməsini dəstəkləyir.
Azərbaycan İnformasiya Agentliyi