55 illik Türkiyə-Çin dostluğu Fethiyedə səhnəyə daşındı
Türkiyə ilə Çin arasında diplomatik münasibətlərin 55 illiyi münasibətilə Pekin Xarici Dillər Universitetinin Rəqs və Musiqi Kollektivi Muğlanın Fethiye rayonunda çıxış edib.
Türkiyə ilə Çin arasında diplomatik münasibətlərin 55 illiyi münasibətilə Pekin Xarici Dillər Universitetinin Rəqs və Musiqi Kollektivi Muğlanın Fethiye rayonunda çıxış edib.
Telmessos Antik Teatrında keçirilən tədbirdə "İpək Yolunun Harmoniyası" adlı qala proqramı təqdim olunub.
Çinin ənənəvi xalq mahnılarını da ifa edən kollektiv "Üsküdar'a gider iken" mahnısını çin və türk dillərində səsləndirib.
Kollektivin çıxışı tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.
Tarixi ab-havada keçirilən tədbir sənətsevərlər tərəfindən böyük maraqla izlənilib.
Tədbirdə Çinin Ankaradakı səfiri Jiang Xuebin, Fethiye rayon rəhbəri Fatih Akkaya, Fethiye bələdiyyə sədrinin müavinləri Sabri Oğuz Bolelli və Veli Uysal, eləcə də çoxsaylı sənətsevərlər iştirak ediblər.
Azərbaycan İnformasiya Agentliyi