Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi açıqlayıb ki, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani Misirin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdə yaşayan misirlilər üzrə naziri Bədr Abdulati ilə telefon danışığı aparıb.

Nazirliyin məlumatına görə, danışıq zamanı Qətərlə Misir arasında ikitərəfli əməkdaşlıq və onun inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Tərəflər həmçinin regiondakı son hadisələri, gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri və təhlükəsizliklə sabitliyin gücləndirilməsi üzrə koordinasiyanı müzakirə ediblər.

Açıqlamada bildirilir ki, Al Sani bütün tərəflərin dialoq və diplomatiyaya sadiq qalmasının vacibliyini vurğulayıb, ABŞ ilə İran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində razılaşdırılmış müddəaların həyata keçirilməsinə, Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsinə, regional təhlükəsizliyin qorunmasına və sabitliyin möhkəmləndirilməsinə çağırış edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp