Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Sant'Egidio İcmasının nümayəndələri ilə görüşərək münaqişələrin qarşısının alınması, vasitəçilik və barışdırma sahələrində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalayıb.

Portuqaliya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüşdə Sant'Egidio İcmasının təsisçilərindən professor Andrea Rikardi də iştirak edib. İmzalanmış memorandum tərəflər arasında müntəzəm əməkdaşlıq mexanizminin yaradılmasını, dialoqun təşviq edilməsini və insan hüquqları ilə beynəlxalq humanitar hüquqa hörmətin gücləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Görüş zamanı Sant'Egidio İcmasının beynəlxalq diplomatik və humanitar fəaliyyəti ön plana çıxarılıb. Xüsusilə onun Afrika qitəsindəki sülh proseslərinə verdiyi töhfələr və Mozambikdə Ümumi Sülh Sazişinin əldə olunmasında oynadığı vasitəçi rolu yüksək qiymətləndirilib.

Tərəflər vurğulayıblar ki, imzalanmış Anlaşma Memorandumu dialoq, sülh quruculuğu və beynəlxalq əməkdaşlıq sahəsində ortaq öhdəliklərini daha da gücləndirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp