Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) həftəlik fəaliyyət hesabatında son bir həftə ərzində Cənubi Livan, Qəzza zolağı və İordan çayının qərb sahilində keçirilən əməliyyatlarla bağlı məlumatları açıqlayıb.

IDF-nin açıqlamasına görə, Cənubi Livanda təhlükə mənbələri kimi qiymətləndirilən hədəflərə qarşı 20-dən çox zərbə endirilib.

Bildirilib ki, Qəzza zolağında keçirilən əməliyyatlar zamanı 10-dan çox silahlı zərərsizləşdirilib, İordan çayının qərb sahilində (Yəhuda və Samariya) həyata keçirilən əməliyyatlarda isə təxminən 70 axtarışda olan şəxs saxlanılıb.

Açıqlamada qeyd olunub ki, bu göstəricilər İsrail Müdafiə Qüvvələrinin son bir həftə ərzindəki əməliyyat fəaliyyətini əhatə edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp