Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-də ölkə üzrə uçuşların dayandırılması qərarı ləğv edilib. Federal Aviasiya Administrasiyası (FAA) sistemlərin sabitliyini və əməliyyatların etibarlılığını təsdiqləmək məqsədilə genişmiqyaslı sınaqlar keçirildiyini, bundan sonra uçuşların bərpasına icazə verildiyini açıqlayıb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi sosial media hesabında bildirib ki, ABŞ-nin Şərq vaxtı ilə saat 15:36-da FAA obyektlərində və terminal radar yaxınlaşmasına nəzarət (TRACON) mərkəzlərində telekommunikasiya problemləri yaranıb.

Daffi ehtiyat tədbiri olaraq ölkə üzrə təyyarələrin havaya qalxmasının dayandırılması barədə qərar verilən zaman havada 3500-dən çox təyyarənin olduğunu qeyd edib. O, pilotların və hava hərəkəti dispetçerlərinin müəyyən edilmiş prosedurlara əməl edərək təyyarələrin təhlükəsiz enişini təmin etdiklərini bildirib. Saat 20:00-a qədər hava məkanındakı təyyarələrin sayı 400-dən aşağı düşüb.

FAA-nın bütün radar və ya telekommunikasiya sistemlərini itirmədiyini vurğulayan Daffi təcili tibbi təxliyə reysləri, həyat qurtaran yüklərin daşınması və hüquq-mühafizə orqanlarının uçuşları üçün istisnalara icazə verildiyini qeyd edib.

FAA-nın açıqlamasında uçuşların dayandırılması qərarının ləğv edildiyi və bəzi reyslərin bərpa olunduğu təsdiqlənib. Sistemlərin sabitliyinin və əməliyyatların etibarlılığının sınaqlarla yoxlanıldığı bildirilib, sərnişinlərə reysləri barədə ən son məlumatları almaq üçün aviaşirkətlərlə əlaqə saxlamaq tövsiyə edilib.

Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (FEMA) də Daxili Təhlükəsizlik Nazirliyi (DHS) və FAA ilə sıx koordinasiya şəraitində ştat və yerli hakimiyyət orqanlarına dəstək göstərildiyini, gecikmələrdən təsirlənən sərnişinlərə yardım edildiyini açıqlayıb. FEMA uçuşların bərpasına baxmayaraq normal əməliyyatlara qayıdışın vaxt apara biləcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp