Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Trampın Danimarka və Qrenlandiya məsələsini əsas gətirərək səkkiz Avropa ölkəsinə qarşı yeni gömrük rüsumları elan etməsi Avropada birgə reaksiyaya səbəb oldu.

Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, Norveç, İsveç və Birləşmiş Krallıq tərəfindən yayımlanan birgə bəyanatda adıçəkilən ölkələr Danimarka və Qrenlandiya ilə tam həmrəylik içində olduqlarını bildirdilər. Bəyanatda ABŞ-ın tariflərinin transatlantik münasibətlərə zərər verdiyi və iki qitə arasında əməkdaşlıqda təhlükəli geriləməyə yol aça biləcəyi barədə xəbərdarlıq edildi.

Səkkiz ölkə suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında dialoqa açıq olduqlarını vurğulayaraq, ABŞ-ın qərarlarına qarşı “vahid və əlaqələndirilmiş” şəkildə hərəkət ediləcəyini qeyd etdi.

Tramp fevralın 1-dən etibarən Avropadan gələn məhsullara 10 faiz gömrük rüsumu tətbiq ediləcəyini, bu göstəricinin iyunun 1-də 25 faizə yüksələcəyini açıqlamışdı. Bildirildi ki, rüsumlar ABŞ-ın Qrenlandiyanı satın almasına dair razılaşma əldə olunana qədər qüvvədə qalacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp