Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kuba Prezidenti Dias-Kanel Bermudes insan həyatlarını ticarət predmetinə çevirənlərin Kubanı hər hansı bir mövzuda tənqid etməyə mənəvi haqları olmadığını bildirdi.

Ölkəsinə yönələn hücumların Kuba xalqının öz siyasi modelini seçmək istiqamətindəki suveren iradəsindən narahatlıqdan qaynaqlandığını vurğulayan Dias-Kanel dedi: “Yaşadığımız ağır iqtisadi çətinlikləri İnqilaba yükləyənlər susmalıdır; çünki bunun ABŞ-ın altmış ildən artıqdır tətbiq etdiyi və daha da sərtləşdirməklə hədələdiyi boğucu sanksiyaların nəticəsi olduğunu bilirlər.”

Kubanın azad, müstəqil və suveren bir ölkə olduğunu xatırladan Dias-Kanel əlavə etdi: “Heç kim bizə nə edəcəyimizi diktə edə bilməz. Kuba aqressiv deyil; 66 ildir ABŞ-ın hücumlarına məruz qalır. Hədələmir, hazırlaşır və vətənini son damla qanına qədər müdafiə etməyə hazırdır.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp