Quterreş: İranda ifadə azadlığına hörmət göstərilməlidir
Nyu-York, 12 yanvar (Hibya) – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İran xalqının ifadə azadlığına hörmət göstərilməli və onun qorunmalı olduğunu vurğuladı.
Quterreş son günlər İran rəsmilərinin etirazçılara qarşı zorakılıq tətbiq etməsi, bunun isə ölüm və yaralanmalarla nəticələnməsi barədə xəbərlərin onu kədərləndirdiyini bildirdi.
İfadə azadlığına, birləşmək azadlığına və dinc toplaşmaq hüququna tam hörmət göstərilməli və onların qorunmalı olduğunu qeyd edən Quterreş, İran rəsmilərini maksimum təmkin nümayiş etdirməyə və lazımsız və ya qeyri-mütənasib güc tətbiqindən çəkinməyə çağırdı.
Quterreş ölkədə informasiyaya çıxışı asanlaşdıracaq addımların, o cümlədən rabitə şəbəkələrinin bərpasının atılmasını tövsiyə etdi.
Azərbaycan İnformasiya Agentliyi