Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT Baş katibinin sözçüsü İsrail hakimiyyətinin UNRWA-ya məxsus Şeyx Cərrah kompleksini sökmək cəhdlərini “tamamilə qəbuledilməz” adlandırdı. O, 8 yanvar 2026-cı il tarixli məktubda da qeyd edildiyi kimi, sözügedən kompleksin BMT mülkiyyəti olduğunu, toxunulmazlıq statusuna malik olduğunu və hər cür müdaxilədən qorunduğunu xatırlatdı.

Sözçü bildirdi ki, bu hərəkətlər İsrailin beynəlxalq hüquq üzrə öhdəliklərinə, xüsusilə BMT Nizamnaməsinə və BMT-nin İmtiyaz və Toxunulmazlıqları haqqında Konvensiyaya ziddir.

BMT Baş katibi İsrail hökumətini Şeyx Cərrah kompleksinin sökülməsini dərhal dayandırmağa, müvafiq əmlakları BMT-yə qaytarmağa və əvvəlki vəziyyətinə bərpa etməyə çağırdı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp