Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BMT 2026-cı il Dünya Meteorologiya Günü münasibətilə yaydığı bəyanatda iqlim dəyişikliyinin daha tez-tez və daha dağıdıcı ekstremal hava hadisələrinə səbəb olduğunu bildirərək, “dəqiq və etibarlı elmi bilginin ilk müdafiə xətti” olduğunu qeyd etdi.

BMT Baş katibi Antonio Quterreş hava proqnozlarının arxasında milyonlarla müşahidə və minlərlə prosessorun çalışdığını, bu məlumatların Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən koordinasiya olunan qlobal şəbəkə vasitəsilə paylaşıldığını bildirdi. Quterreş dedi: “Peyk müşahidələri, meteoroloji şarlar, okean şamandıraları və uzaq stansiyalardan əldə olunan məlumatlar gündəlik həyatımızdan milyard dollarlıq iqtisadi qərarlara qədər hər sahədə istifadə olunur”.

Quterreş əlavə etdi ki, WMO-nun müşahidə və proqnoz sistemləri iqtisadiyyatların əsasını təşkil edir və erkən xəbərdarlıq mexanizmləri milyonlarla insanın həyatını xilas edib, Dünya Meteorologiya Gününün isə “bu gün icmaları qorumaq və gələcək üçün davamlılıq yaratmaq məqsədilə WMO icmasının işini qeyd etmək üçün bir fürsət” olduğunu vurğuladı.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp