Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bolqarıstanda Trakiya avtomagistralında baş verən yol qəzasında ölənlərin sayı 12 nəfərə çatıb.

Bolqarıstan Səhiyyə Nazirliyinin açıqlamasına görə, qəzadan sonra 51 nəfər müxtəlif xəstəxanalara aparılıb.

Yaralılardan 33 nəfər Slivendə, 11 nəfər Yambolda, 7 nəfər isə Burqasdakı tibb müəssisələrində müalicə altına alınıb.

Yamboldakı Müqəddəs Panteleimon Dövlət Xəstəxanasında müalicə alan yaralılardan birinin həyatını itirməsi ilə ölənlərin ümumi sayı 12 nəfərə yüksəlib.

Bildirilib ki, qəza yerində 11 nəfər həyatını itirib, xəstəxanaya yerləşdirilən yaralılardan biri isə daha sonra vəfat edib. Qəzada ağır xəsarət alan 13 nəfərin müalicəsi davam edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp