Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin Media və Kommunikasiya Departamentinin direktoru İbrahim bin Sultan Əl-Haşimi həftəlik mətbuat konfransında ABŞ və İran arasında diplomatik təmasların davam etdiyini bildirib.

Əl-Haşimi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Saninin bazar ertəsi Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüşdüyünü, daha sonra isə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla qapalı görüş keçirdiyini bildirib. Görüşlərdə regiondakı hadisələr və ABŞ-İran danışıqlarında irəliləyişə nail olmağın yolları müzakirə edilib.

Ağ Evdə keçirilən görüşü "müsbət" qiymətləndirən Əl-Haşimi tərəflər arasındakı fikir ayrılıqlarını azaltmağa yönəlmiş səylərin davam etdiyini və danışıqlarda irəliləyiş əldə olunduğunu qeyd edib.

Əl-Haşimi Qətərin vasitəçilik prosesi çərçivəsində Tehrana səfərlər həyata keçirdiyini, bundan sonra region ölkələri və beynəlxalq tərəfdaşlarla təmaslar apardığını bildirib. O, razılaşmanın yekun çərçivəsi dəqiqləşdikdən sonra təfərrüatların ictimaiyyətə açıqlanacağını qeyd edib.

Hər iki tərəfin diplomatik həll yolu ilə bağlı müsbət bəyanatlar verdiyinə diqqət çəkən Əl-Haşimi Qətərin müharibə ilə sülh arasındakı qeyri-müəyyənliyə son qoymaq və regionda sabitliyi bərpa etmək üçün vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp