Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüş keçirib.

Görüşdə İliyana Yotova Azərbaycanda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladaraq ölkənin mədəniyyətini yaxından tanımaq imkanı əldə etdiyini; xüsusilə Novruz ənənələri və muğam sənətinin onda dərin təəssürat yaratdığını bildirib.

İliyana Yotova həmçinin Azərbaycandakı ali təhsil müəssisələrində bolqar dilinin tədris olunmasına və bolqar mədəniyyətinə göstərilən marağa görə Prezident Əliyevə təşəkkür edib.

Tərəflər bir neçə gün əvvəl Azərbaycan Hökuməti, Bolqarıstan Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Veliko Tırnovo şəhərində “Şuşa” parkının yaradılması və tikintisinə dair imzalanmış əməkdaşlıq sazişindən məmnunluqlarını ifadə ediblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp