Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb
Boqota, 23 mart (Hibya) - Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi qalxış zamanı qəzaya uğrayıb.
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsi Putumayo bölgəsindəki Puerto Leguizamo şəhərində qəzaya uğrayıb.
Müdafiə naziri Pedro Sançes bildirib ki, hərbi bölmələr hadisə yerinə çatıb, lakin həlak olanların sayı və qəzanın səbəbi hələ məlum deyil.
Sançes təyyarədə çox sayda hərbçinin olduğunu qeyd edərək, hadisədən zərər çəkənlərin ailələrinə başsağlığı verib.
Azərbaycan İnformasiya Agentliyi