Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Trampın çıxışından əsas məqamlar:

"Biz uzun müddətdir İranla danışıqlar aparırıq və bu dəfə onlar razılaşma əldə etməyə qərar verdilər. Ümid edirəm ki, bu mümkün olacaq. Amma nə olursa olsun, İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. Onların qətiyyən nüvə silahı olmayacaq.
Obama dövründə bağlanan saziş İran üçün belə bir imkan yaratmışdı. Əgər o saziş həyata keçirilsəydi, heç kimin olmaq istəmədiyi bir vəziyyətdə olardıq.

Son 3 həftə ərzində ordumuz və tərəfdaşlarımızla birlikdə İranın hərbi potensialını dağıdıcı güclə məhv edirik. Onların ballistik raketlərini və dronlarını məhv edirik. Raket buraxma qabiliyyətləri 90 faiz azalıb. Artıq demək olar ki, raketləri qalmayıb, çünki çoxu məhv edilib və müdafiə sənayelərini də sıradan çıxarmışıq. 158 gəmini vurmuşuq. Məhv ediləcək nə varsa, hamısını məhv etmişik.

Çoxdan razılaşa bilərdik. Yeni lider seçmək üçün 88 nəfər toplaşdı və indi onlar artıq yoxdur. İndi yenidən lider seçmək istəyirlər, amma heç kim lider olmaq istəmir. Bu, dünyada heç kimin istəmədiyi təhlükəli bir işdir; mənim işim də təhlükəlidir, amma onlarınkı daha pisdir.

İndi İranın qarşısında yeni bir fürsət var. ABŞ və onun müttəfiqlərinə qarşı təhdidi aradan qaldırmaq imkanı var. Beləliklə, daha təhlükəsiz bir planetə sahib ola bilərik.

Hazırda İranla həqiqətən çox yaxşı danışıqlar aparırıq. Danışıqlar dünən gecə və ondan əvvəlki gecə başladı və düşünürəm ki, yaxşı gedir. Onlar sülh istəyirlər, nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər, amma görəcəyik.

Biz razılaşma əldə edə biləcəyimizi düşünürük. Beş gün vaxt verəcəyik və bunun bizi hara aparacağını görəcəyik. Və bu müddətin sonunda çox yaxşı bir razılaşma ola bilər."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp