Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Müdafiə Nazirliyinin rəsmi saytına görə, Moskvada avtomobilə yerləşdirilmiş partlayıcı nəticəsində həlak olan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Operativ Təlim İdarəsinin rəisi general-leytenant Fanil Sarvarov Suriyadakı əməliyyatda və Çeçenistandakı terrorizmə qarşı əməliyyatda iştirak edib.

Nazirliyin saytında deyilir: “1992–2003-cü illərdə altı il ərzində Osetiya–İnquş münaqişəsi zamanı döyüş əməliyyatlarında və Çeçenistandakı terrorizmə qarşı əməliyyatda birbaşa iştirak edib… 2015–2016-cı illərdə isə Suriya Ərəb Respublikasındakı əməliyyatların təşkili və icrasında vəzifələr yerinə yetirib.”

Sayta görə, Sarvarov 11 mart 1969-cu ildə Perm vilayətinin Qremyaçinsk şəhərində anadan olub. O, 1990-cı ildə Kazan Ali Tank Komandanlıq Qızıl Bayraq Məktəbini, 1999-cu ildə Sovet İttifaqı Marşalı Malinovski adına Zirehli Qoşunlar Hərbi Akademiyasını və 2008-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah Hərbi Akademiyasını bitirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp