Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrailin Baş naziri Benyamin Netanyahu raket hücumlarının baş verdiyi Arad bölgəsinə səfər edərək İranın hərbi fəaliyyətləri ilə bağlı sərt açıqlamalar verib.

Netanyahu bildirib ki, İran qəsdən mülki əraziləri hədəfə alır: "Əgər İranın bütün dünyanı təhlükəyə atdığının sübutunu istəyirsinizsə, son 48 saat bunu göstərdi. İran mülki insanların yaşadığı ərazini hədəfə aldı. Onlar bunu kütləvi qırğın silahı kimi edirlər. Xoşbəxtlikdən heç kim ölmədi, amma bu təsadüf idi. Onların niyyəti mülki insanları öldürməkdir".

O əlavə edib ki, hücumlar müqəddəs məkanları da təhdid edir: "İkincisi, onlar Qüdsə atəş açıblar; Qərb Divarının, Müqəddəs Qəbir Kilsəsinin və Əl-Əqsa Məscidinin dərhal yanında – bunlar üç monoteist dinin müqəddəs yerləridir".

Netanyahu təhdidin coğrafi miqyasının genişləndiyini vurğulayıb: "Artıq onların Avropanın dərinliklərinə qədər çatmaq qabiliyyəti var. Onlar artıq Avropa ölkələrinə və Kiprə atəş açıblar. Hamını hədəfə alırlar. Və dördüncüsü, beynəlxalq dəniz yolunu, enerji yolunu bağlayırlar və bütün dünyanı şantaj etməyə çalışırlar".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp