Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

DW-nin xəbərinə görə, səhər tezdən baş verən basqınlar Niger ştatının Tunga-Makeri, Konkoso və Pissa kəndlərində qeydə alınıb.

Kəndlər bu ayın əvvəlində islamçı silahlıların 160-dan çox insanı öldürdüyü Kvvara ştatı sərhədində yerləşən Borqu bölgəsinin bir hissəsidir.

Şənbə günü baş verən hücum həm cihadçılarla, həm də yerli olaraq “quldurlar” kimi tanınan və fidyə məqsədilə adam oğurlayan silahlı dəstələrlə mübarizə aparılan Nigeriyanın şimalında artan təhlükəsizlik problemləri fonunda baş verib.

Rəsmi qurumlar və yerli sakinlərin məlumatına görə, hücum zamanı çoxlu sayda ev yandırılıb.

Niger ştatı polisinin sözçüsü Vasiu Abiodun Tunga-Makeri kəndinə edilən hücumu təsdiqləyib.

O bildirib: “Şübhəli quldurlar Tunga-Makeri kəndinə basqın ediblər... altı nəfər həlak olub, bəzi evlər yandırılıb” və əlavə edib ki, “müəyyən edilməmiş sayda insan qaçırılıb”.

Abiodun həmçinin Konkoso kəndinə də hücum edildiyini təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Basqınlardan sonra bir çox insanın itkin düşdüyü bildirilir və ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıq var.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp