Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Livandakı humanitar vəziyyət və atəşkəs prosesi ilə bağlı açıqlama verib.

Hücumların təsirlərinə diqqət çəkən Quterreş deyib: "İsrailin 8 aprel tarixində Livan boyunca həyata keçirdiyi, o cümlədən uşaqların da olduğu yüzlərlə mülki şəxsin öldüyü və yaralandığı kütləvi hücumları qətiyyətlə pisləyirəm".

Atəşkəs prosesindəki risklərə toxunan Quterreş bildirib: "İran ilə ABŞ арасында atəşkəs elan edildikdən sonra, Livanda davam edən hərbi fəaliyyətlər atəşkəs və bölgədə davamlı və hərtərəfli sülhə yönəlmiş səylər üçün ciddi risk yaradır. Düşmənçilik dərhal dayandırılmalıdır".

Beynəlxalq hüquq və mülki təhlükəsizliyi vurğulayan Quterreş deyib: "Beynəlxalq hüquqa hörmət edilməlidir. Mülki şəxslər və mülki obyektlər hər zaman qorunmalıdır. Onlara qarşı hücumlar qəbuledilməzdir. Münaqişənin hərbi həlli yoxdur".

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp