Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın xarici işlər naziri Antonio Tacani Parisdə keçirilən G7 toplantısı çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband ilə baş tutan görüşü barədə açıqlama verib.

Tacani bildirib ki, görüşdə iki ölkə arasında strateji əməkdaşlığın prioritet bölgələrdə konkret addımlarla gücləndirilməsi müzakirə olunub. O, Qəzzada atəşkəsin möhkəmləndirilməsi, Qəzza zolağının yenidən qurulması və humanitar yardımların çatdırılması istiqamətində birgə çalışacaqlarını açıqlayıb. Tacani bu məqsədlə Food for Gaza təşəbbüsündən də istifadə ediləcəyini qeyd edib.

Tacani Sudan və Afrikanın digər bölgələrində münaqişə və aclıqdan ən çox zərər çəkmiş əhaliyə yardımların artırılması barədə razılıq əldə olunduğunu bildirib. O, İtaliyanın qarşıdakı həftələrdə Sudan, Efiopiya və Nigeriyaya yardım çatdırmaq üçün yeni humanitar missiyaya başlamağa hazır olduğunu vurğulayıb.

Miqrasiya məsələsinə toxunan Tacani insan qaçaqmalçılarına və qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp