Tramp: Ali Məhkəmə ticarət tarifələrini ləğv edərsə, tam bir xaos yaranar
Vaşinqton, 13 yanvar (Hibya) – ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Ali Məhkəməsinin qlobal ticarət tarifələrini ləğv etməsi “tam bir xaos”a səbəb olar.
ABŞ Prezidenti Donald Tramp deyib ki, ABŞ Ali Məhkəməsi qlobal ticarət tarifələrini ləğv edərsə, bu, “tam bir xaos”a gətirib çıxarar.
Tramp sosial şəbəkələrdə paylaşdığı mesajda bildirib ki, Ali Məhkəmənin tarifələr əleyhinə qərar verməsi halında “batmış olarıq”. Qərarın ən tez çərşənbə günü açıqlanması gözlənilir.
Tramp tarifələrin geri qaytarılmasının çətin olacağını, şirkətlərin və ölkələrin geri ödəniş tələb edə biləcəyini vurğulayıb. “Hansə məbləğlərdən söhbət getdiyini, kimin, nə vaxt və harada ödəniş alacağını anlamaq illər çəkər”, – deyən Tramp əlavə edib: “Bu, tam bir xaos olar və ölkəmizin bunu ödəməsi demək olar ki, mümkün olmaz”.
Həmçinin Tramp tərəfindən ötən ilin aprelində ilk dəfə elan edilən genişmiqyaslı qlobal tarifələr, prezidentin idxal olunan mallara yeni vergilər tətbiq etməklə səlahiyyətlərini aşdığını iddia edən kiçik bizneslər və 12 ABŞ ştatı tərəfindən məhkəməyə verilib.
Azərbaycan İnformasiya Agentliyi