Tramp: Hava limanlarında görünməmiş təhlükəsizlik təmin edəcəyik
Vaşinqton, 21 mart (Hibya) - ABŞ Prezidenti Donald Tramp bildirdi ki, demokratlarla təhlükəsizlik razılaşması əldə olunmazsa, ICE agentlərini hava limanlarına yerləşdirəcək və qeyri-qanuni miqrantların dərhal saxlanılması üçün genişmiqyaslı əməliyyat başlayacaq.
ABŞ Prezidenti Donald Tramp sərhəd və daxili təhlükəsizlik siyasəti çərçivəsində radikal solçu adlandırdığı demokratlara müraciət etdi.
Tramp hava limanlarının “azad və təhlükəsiz” olması üçün razılaşma imzalanmasa, federal qüvvələri işə salacağını bildirdi.
ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) agentlərini strateji nöqtələrə göndərməkdə qətiyyətli olduğunu vurğulayan Tramp dedi: “Parlaq və vətənpərvər ICE agentlərimizi hava limanlarına gətirəcəyəm və onlar orada indiyə qədər görülməmiş təhlükəsizlik təmin edəcəklər.”
O qeyd etdi ki, bu addım ölkəyə daxil olan bütün qeyri-qanuni miqrantların dərhal saxlanılmasını əhatə edəcək və xüsusilə Minnesota ştatındakı vəziyyətə diqqət çəkdi.
Açıqlamasında yerli və federal siyasətçiləri də tənqid edən Tramp dedi: “Bura Somalidən gələnlərin dərhal saxlanılması da daxildir; onlar korrupsiyalaşmış qubernatorun, baş prokurorun və Konqres üzvü İlhan Omarın təsdiqi ilə bir vaxtlar böyük olan Minnesota ştatını tamamilə məhv ediblər.”
Azərbaycan İnformasiya Agentliyi