Trampdan İrandakı etirazlara dəstək
Vaşinqton, 13 yanvar (Hibya) – Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp İranda keçirilən etirazlara dəstək verdiyini açıqlayaraq iranlı rəsmilərlə aparılan bütün danışıqları dayandırdığını bildirib.
ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlara açıq dəstək verərək, etirazçılara qarşı zorakılıq dayandırılanadək iranlı rəsmilərlə bütün təmasları ləğv etdiyini açıqlayıb.
Tramp bəyanatında deyib: «İranlı vətənpərvərlər, etirazlara davam edin, institutlarınızı ələ keçirin. Qatillərin və istismarçıların adlarını unutmayın. Onlar böyük bədəl ödəyəcəklər. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər iranlı rəsmilərlə bütün danışıqlarımı ləğv etdim».
ABŞ Prezidenti həmçinin “yardımın yolda olduğu” mesajını verib.
Azərbaycan İnformasiya Agentliyi