Zelenski: Ruslar Ukraynaya 7 qanadlı raketlə hücum edib
Kiyev, 13 yanvar (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın təxminən 300 dron və 25 raketdən istifadə etdiyi hücumlarda enerji obyektləri və mülki infrastruktur hədəf alınıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rus ordusunun ölkə üzrə enerji xətlərinə və mülki yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı açıqlama verib.
Hücumun nəticələrini bölüşən Zelenski deyib: “Dünən gecə ruslar, əsasən ‘Şahed’ tipli olmaqla, təxminən 300 hücum dronu, 18 ballistik raket və 7 qanadlı raketlə Ukraynaya hücum etdilər. Hücumun əsas hədəfi yenə enerji istehsalı obyektlərimiz və yarımstansiyalarımız oldu. Təəssüf ki, yaşayış sahələrində və mülki infrastruktorda böyük dağıntılar baş verdi. Dnipro, Jitomir, Zaporojye, Kiyev, Odessa, Sumi, Xarkiv və Donetsk bölgələri hücuma məruz qaldı.”
Mülki itkilərə və enerji böhranına diqqət çəkən Zelenski əlavə edib: “Rusiya heç bir hərbi məqsəd güdmədən Xarkiv bölgəsinin Korotiç qəsəbəsində yerləşən poçt terminalına raket ataraq 4 nəfəri öldürdü. Kiyev bölgəsində vəziyyət asan deyil; hazırda minlərlə ev təsərrüfatı işıqsız qalıb. Bütün təcili xidmətlər ərazidədir.”
Azərbaycan İnformasiya Agentliyi