Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçika, Xorvatiya, Cənubi Kipr, Fransa, Yunanıstan, İtaliya, Malta, Niderland, Portuqaliya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin Yüksək Nümayəndəsi Livandakı vəziyyətlə bağlı birgə bəyanat yayımladı.

Bəyanatda müharibənin ağır nəticələrindən əziyyət çəkən Livan xalqına dəstək vurğulanıb, həlak olanların ailələrinə başsağlığı verilib və həm Livanda, həm də İsraildə zərər çəkmiş mülki şəxslərlə həmrəylik ifadə olunub.

Birgə bəyanatda mövcud vəziyyətə görə məsuliyyətin Hizbullahın üzərinə düşdüyü qeyd edilib, İranı dəstəkləmək məqsədilə İsrailə qarşı edilən hücumlar qəti şəkildə pislənib və bu hücumların dərhal dayandırılması tələb olunub.

Bəyanatda Livan hökumətinin qərarlarına dəstək vurğulanıb və ölkənin xarici müdaxilələrdən qorunmasının yalnız dövlət institutlarının və suverenliyin gücləndirilməsi ilə mümkün olduğu bildirilib.

Tərəflər gərginliyi azaltmağa çağırılıb, atəşkəs razılaşmasına və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə qayıdılmasının vacibliyi qeyd olunub.

Bəyanatda həmçinin Livanda 1 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşməsindən narahatlıq ifadə olunub, İsrailə münaqişəni genişləndirməmək çağırışı edilib və Livanın ərazi bütövlüyünə hörmət göstərilməsinin vacibliyi vurğulanıb.

Bəyanatda beynəlxalq ictimaiyyət humanitar yardım göstərməyə çağırılıb, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) dəstək bir daha təsdiqlənib və sülhməramlılara qarşı hücumlar pislənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp