Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNRWA-nın Baş komissarı Filipp Lazzarini Vatikan səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra agentliyin gələcəyi və Qəzzadakı humanitar vəziyyət barədə açıqlama verib.

Papa ilə görüşünün əhəmiyyətinə toxunan Lazzarini deyib: «Papa XIV Leo ilə xüsusi görüş keçirmək mənim üçün şərəf idi. Ona işğal altındakı Fələstin ərazilərində fələstinlilərin çəkdiyi böyük əzablarla yanaşı, UNRWA-nın qarşılaşdığı siyasi və maliyyə çətinlikləri barədə məlumat verdim. UNRWA-ya qarşı hücumların çoxtərəfli sistemə hücum və beynəlxalq hüququn pozuntusu olduğunu, eləcə də İsrail–Fələstin münaqişəsindən çox-çox kənara uzanan təsirləri olacağını vurğuladım».

Qəzzadakı uşaqların təhsil vəziyyətinə diqqət çəkən Lazzarini əlavə edib: «Qəzzanın dağıntıları arasında yaşayan 600 mindən çox qız və oğlan uşağını yenidən təhsil mühitinə qaytarmağın itirilmiş nəslin yaranmasının qarşısını almaq üçün bizim ortaq prioritetimiz olmalı olduğunu vurğuladım».

Lazzarini sözlərini belə yekunlaşdırıb: «Qəzza və bütövlükdə region üzrə Fələstinli Qaçqınlar üçün təhsil, ictimai səhiyyə və sosial təhlükəsizlik şəbəkələri sahələrində UNRWA-nın kritik xidmətlərini ədalətli və haqqaniyyətli siyasi həll əldə olunana qədər qorumaq üçün Müqəddəs Atanın dəstəyini istədim».

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp