Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Parlamentinin Prezidenti Roberta Metsola əldə olunan razılaşmanın dərmanlara çıxışdan istehsal gücünə qədər bir çox sahədə yaxşılaşma yaradacağını bildirib.

Razılaşmanın əsas məqsədlərinə toxunan Metsola deyib: “Daha münasib qiymətli dərmanlara daha yaxşı çıxış. Daha təhlükəsiz təchizat zəncirləri. Xəstələr üçün daha güclü qoruma. Aİ istehsal və emal gücünün artırılması.”

Kritik dərman qrupları və əldə olunan irəliləyişə diqqət çəkən Metsola bildirib: “Antibiotiklərdən insulinə, vaksinlərdən xroniki xəstəlik dərmanlarına qədər, bu səhər erkən saatlarda əldə olunan Kritik Dərmanlar Qanunu razılaşması irəliyə doğru böyük bir addımdır.”

Metsola açıqlamasını belə tamamlayıb:

“Həyat qurtaran müalicəyə ehtiyacı olan xəstələr üçün. Həkimlər və səhiyyə işçiləri üçün. Birgə çalışan üzv dövlətlər üçün. Avropa əczaçılıq sənayesi üçün.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp