Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqı adından açıqlama verən Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Qəzzada davam edən humanitar böhranla bağlı ciddi narahatlığını ifadə edib.

Açıqlamada Qəzzanı əhatə edən güclü yağışların və qış şəraitinin onsuz da ağır şərtlər altında yaşamaq uğrunda mübarizə aparan əhalinin vəziyyətini daha da pisləşdirdiyi, təhlükəli yaşayış şəraitini və humanitar əzabları artırdığı bildirilib.

Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa bütün hallarda riayət edilməsinin vacibliyi vurğulanaraq mülki şəxslərin, mülki infrastrukturun, tibb işçilərinin və səhiyyə müəssisələrinin qorunmasının əhəmiyyətinə diqqət çəkilib. Nasser xəstəxanasına son hava hücumunun dərin narahatlıq yaratdığı qeyd olunub.

Qəzzadakı münaqişənin sona çatdırılmasına yönəlmiş Hərtərəfli Plan çərçivəsində humanitar yardımlarla bağlı verilmiş öhdəliklərin beynəlxalq hüquqa uyğun olaraq tam şəkildə həyata keçirilməsinin zəruriliyi bildirilib.

Aİ İsraili humanitar yardımların və ilkin bərpa dəstəyinin geniş miqyasda, fasiləsiz və maneəsiz çatdırılmasına icazə verməyə, Qəzzadakı bütün sərhəd-keçid məntəqələrini yenidən açmağa çağırıb. Həmçinin Birləşmiş Millətlər Təşkilatı (BMT), onun qurumları və qeyri-hökumət təşkilatları da daxil olmaqla humanitar təşkilatların fəaliyyətinə maneələrin aradan qaldırılması tələb olunub.

İsrailin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları hüququ çərçivəsində öhdəliklərinə əməl etməli olduğu vurğulanıb. Yardımların yalnız dinc məqsədlərlə istifadə edilməli olduğu və silahlı qruplar tərəfindən başqa məqsədlərə yönəldilməməsinin vacibliyi xatırladılıb.

Açıqlamada atəşkəsin elan edilməsindən bir il keçməsinə baxmayaraq hərbi hücumların davam etdiyi bildirilib. Mövcud giriş məhdudiyyətləri səbəbindən sığınacaq, dərman və tibbi avadanlıq da daxil olmaqla əsas ehtiyacların çatışmazlığının davam etdiyi və Qəzzada məqbul, insan ləyaqətinə uyğun yaşayış şəraitinin hələ də təmin olunmadığı qeyd edilib.

Aİ iki dövlətli həll yoluna sadiqliyini bir daha təsdiqləyərək bütün tərəfləri BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinin müddəalarını gecikmədən həyata keçirməyə çağırıb. Bu çərçivədə HƏMAS və digər qeyri-dövlət silahlı qruplarının tam tərksilah edilməsi, İsrail qüvvələrinin Qəzzadan tam çıxarılması və mülki idarəetməyə keçidin təmin olunması zərurəti vurğulanıb. Həmçinin HƏMAS-ın Qəzzanın gələcək idarəçiliyində heç bir rolunun olmamalı olduğu bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp