Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-nin nəqliyyat naziri Şon Daffi 3 min 500 təyyarənin təhlükəsiz eniş etdiyini açıqlayaraq hava hərəkəti dispetçerlərinə və aviasiya əməkdaşlarına təşəkkürünü bildirib.

Daffi açıqlamasında deyib: "Hava hərəkəti dispetçerlərimizə və pilotlarımıza təşəkkür etmək istəyirəm. Dünən onlar fövqəladə peşəkarlıq nümayiş etdirdilər. Havada 3 min 500 təyyarə var idi və onların hamısının təhlükəsiz enişini təmin etdilər."

Daffi həmçinin kabin heyətinə, yerüstü xidmət əməkdaşlarına, hava limanı rəsmilərinə və sərnişinlərə təşəkkür edərək prosesdə əməyi olan hər kəsə minnətdarlığını çatdırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp