Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar, Tədqiqat və Təhlil İnstitutu (ISSRA) və Milli Müdafiə Universiteti (NDU) tərəfindən təşkil olunan 16-cı Milli Media Seminarının (NMW) iştirakçılarını qəbul edib.

Nazirliyin açıqlamasına görə, seminar proqramı çərçivəsində təşkil olunan səfər zamanı Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi Pakistanın xarici siyasət prioritetləri, dəyişən regional və qlobal proseslər, eləcə də nazirliyin diplomatiya vasitəsilə ölkənin milli maraqlarını qorumaq və inkişaf etdirmək istiqamətində gördüyü işlər barədə ətraflı təqdimatla çıxış edib.

Təqdimatdan sonra keçirilən interaktiv sual-cavab sessiyasında iştirakçılar xarici siyasət gündəminə dair suallarını ünvanlamaq imkanı əldə ediblər.

Bildirilib ki, ümumilikdə 85 nəfərdən ibarət nümayəndə heyətinə media qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının və siyasi partiyaların nümayəndələri daxil olub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp