Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Donald Tramp açıqlamasında Vaşinqtondakı Linkoln Memorialı ilə Vaşinqton Abidəsi arasında yerləşən Yansıtma Hövzəsinin yenilənməsi prosesi ilə bağlı qiymətləndirmələr edib.

Tramp layihə ilə bağlı xəbərlərinə görə The New York Times qəzetini tənqid edərək, keçmiş prezidentlər Barak ObamaCo Bayden dövründə həyata keçirilən işlərin uğursuz olduğunu iddia edib.

Açıqlamasında Tramp hövzənin yenilənməsi üçün illər ərzində böyük həcmdə dövlət vəsaiti xərcləndiyini, buna baxmayaraq layihənin tamamlanmadığını və ərazinin uzun müddət bağlı qaldığını bildirib.

Tramp Daxili İşlər Nazirliyi ilə birlikdə həyata keçirdikləri yeni iş çərçivəsində layihəni daha qısa müddətdə və daha aşağı xərclə başa çatdırmağı hədəflədiklərini bildirərək, təxminən 400 milyon dollarlıq xərc əvəzinə layihənin 5-6 milyon dollar xərclə iki həftə ərzində tamamlanacağını iddia edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp